31 yanvar 2013 14:36
Sumqayıt hazırlığını davam etdirir
Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" “Bayıl Arena”da məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün baş tutan məşqin əvvəlində daha çox fiziki hazırlığın artırılması yönünüdə çalışıb.
Sonda iki tərəfli oyun keçirilib. Milli komanda ilə Dubayda təlim-məşq toplanışında olan Səlahət Ağayev və Pərdis Fərcad-Azad məşqlərə nisbətən gec qoşulacaq. Murad Ağayev isə məşq zamanı zədə aldığı üçün hazırlığı tamamlaya bilməyib.
Xatırladaq ki, "Sumqayıt" fevralın 2-də saat 12:00-da "Dalğa Arena"da "Kəpəz"lə yoxlama oyununa çıxacaq.
