1 fevral 2013 02:54
Yığmamız Özbəkistanı minimal hesabla məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, yığmamızın Özbəkistanala yoxlama matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, respondentlərin əksəri yığmamızın bu görüşdə minimal hesabla qalib gələcəyini proqnozlaşdırır – 19 faiz (119 səs).
Elə görüşün heç-heçə bitəcəyini düşünənlər də demək olar ki, o qədərdi – 19 faiz (116 səs).
Böyük hesabla uduzacağımızı proqnozlaşdıranlar da var – 14 faiz (86 səs). Yığmamızın böyük hesabla qalib gələcəyinə inanlar da az deyil – 14 faiz (84 səs).
Digər mümkün variantlara səs verənlər isə bir qədər azlıq təşkil edib.
