1 fevral 2013 19:55

Azərbaycan Özbəkistanla sülh bağladı (YENİLƏNİB)

Futbol üzrə Azərbaycanın əsas yığma komandası bu gün Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın birinci rəqibi isə Özbəkistan seçməsi olub.
 
Qarşılaşma qolsuz heç-heçə ilə bitib. Nəticədə, yığmamız 2013-cü ilə qələbə ilə start verə bilməyb.
 
Qeyd edək ki, Özbəkistan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 56-cı yeri tutur. Asiya təmsilçisi zəif rəqib təsiri bağışlasa da, həm reytinq cədvəlindəki yeri (maraq üçün bildirək ki, millimiz hazırda 118-ci pillədə qərarlaşıb), həm də DÇ-2014-ə vəsiqə qazanmağa çox yaxın olması əslində səviyyə fərqindən xəbər verir. Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə ilk dəfədi bir araya gəlib. Bu üzdən də millimiz bu rəqibi üzərində qələbə qazanmaqla ilə uğurlu start verməyə çalışmalıydı. Lakin göründüyü ki, futbolçularımız bu vəzifənin öhdəsindən gələ bilmədilər.
 
Yoldaşlıq oyunu
1 fevral
 
AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 0:0 (0:0)
Hakimlər: Əmmar Əl Cunabi, Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif, Abdulla Əl Ajel (hamısı Birləşmiş Ərəb Əmirlikləri).
Dubay. “The Sevents” stadionu.
 
Oyun başladı
Raufun qapıya ilk yol tapmaq cəhdi uğursuz alınır
V.Hüseynovun 25-30 metr məsafədən zərbəsi qapıdan azca yan keçir
Cavadovun təhlükəli ötürməsini Nesterov son anda kornerə çıxarır
Komandamız görüşə kifayət qədər fəal başlayıb
Özbəklərin hücumu zamanı Heynrixin zərbəsi dəqiq olmur
Məmmədovun qüvvətli zərbəsini rəqib qapıçı zərərsizləşdirə bilir
Heynrixin zərbəsini Ağayev dəf edir
Hasanovun cərimə zərbəsi də Səlahət üçün ciddi çətinlik yaratmır
Əliyev daha bir qeyri-dəqiq zərbəylə yadda qalır
Birinci hissə başa çatır
İkinci hissə başladı
Yığmamızın heyətində fasilə zamanı bəzi dəyişikliklər olub: Ağayev, Medvedev, C.Hüseynov və V.Cavadovun əvəzində meydana Anar Nəzirov, Qara Qarayev, Eşqin Quliyev və Rüfət Dadaşov çıxır
Özbəkistan yığmasında da iki dəyişiklik edilib
Əliyevin zərbəsi rəqib müdafiəçidən dönür
İmamverdiyevi Pərdiş Fərcad-Azad əvəzləyir
Azadın qapıya zərbəsini Nesterov zərərsizləşdirir
Məmmədovu Vüqar Nadirov əvəzləyir
Özbəkistanın da heyətində üç dəyişiklik həyata keçirilir
Matç başa çatdı
 
AZƏRBAYCAN: Səlahət Ağayev, Vurğun Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Cavid Hüseynov, Elvin Məmmədov, Cavid İmamverdiyev, Vaqif Cavadov.
ÖZBƏKİSTAN: İqnati Nesterov, Stanislav Andreyev, Akmel Şaraxmedov, İslom Toxtaxujayev, Artyom Filiposyan, Casur Hasanov, Alibobo Raxmatullayev, Timur Kapadze, Aziz Heydərov, Uluqbek Bakayev, Aleksandr Heynrix.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.