31 yanvar 2013 15:07

“Azərbaycanla Lixtenşteyn indi demək olar ki, eyni səviyyəli komandadı”

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycan yığmasının Dubay toplanışı barədə nə deyə bilərsiz?
- Bundan öncə “Qarabağ”la Antalyada toplanışda idik. Həm Antalya, həm də Dubay toplanışı bizim üçün çox vacibdi. Təəssüf ki, bu iki toplanış arasında evə baş çəkə bilmədik. Amma bundan sonra üçüncü toplanış olsa, ora da gedərik. Biz öz işimizi görürük.
 
- Yığmaya yeni futbolçular çağırılıb. Onların arasında sizin mövqeyinizdə çıxış edənlər də var...
- Yığmada rəqabətin artması, yeni oyunçuların çağırılması çox yaxşıdı. Belə olmayanda futbolçu arxayınlaşır. İndi isə hər kəs çalışır ki, əsas heyətə layiq olmasını isbatlamaq üçün üzərində daha çox işləsin.
 
- Yığma sabah Özbəkistanla yoldaşlıq oyunu keçirəcək. Bu oyundan nə gözləyirsiz?
- Bilirəm ki, deyildiyi qədər zəif komanda deyil. Onları yaponları məğlub ediblər. Amma biz Yaponiya ilə dueldən məğlub ayrılmışdıq. Çətin oyun olacağını düşünürəm. Əsas oyunçularımızın da əksəri yoxdu. Amma gənclərlə də çalışacağıq ki, layiqli oyun sərgiləyək.
 
- Yığmamızın Özbəkistandan daha güclü olduğunu deyə bilərik?
- Bu suala cavab verə bilmərəm. Məncə, özbəklərin qazandıqları nəticələr komandanın səviyyəsindən xəbər verir. Bizə öz futbolumuzu sərgiləmək lazımdı. Bu oyunlarda nəticə o qədər də ön planda olmayacaq. Fikrimcə, əsas üstünlük Lixtenşteynlə oyuna veriləcək. Çünki o, özbəklərlə görüşdən fərqli, rəsmi yoldaşlıq oyunudu. İndi isə biz daha çox komanda üzvlərinin bir-birinə daha da yaxşı uyğunlaşmasına, başa düşməsinə çalışmalıyıq.
 
- Lixtenşteyn də yığmamız üçün tanış rəqibdi...
- Həqiqətən elədi. Mən özüm elə yığmadakı debüt matçımı Lixtenşteynə qarşı keçirmişəm. Yadımdadı ki, onlara qarşı oynamaqda çox çətinlik çəkirdik. Futbol inkişaf edir. Lixtenşteyn də yeni səviyyəyə qalxıb. Məncə, Azərbaycanla Lixtenşteyn indi demək olar ki, eyni səviyyəli komandadı.
 
- “Qarabağ”ın Türkiyədəki son üç oyununun qələbəsiz başa çatması barədə nə deyə bilərsiz?
- Nəticə həmin oyunlarda heç də ön planda deyildi. Tatkiki gedişləri, yaxşı müdafiə olunmağı sınaqdan keçirirdik. “Qarabağ”ın oyun üslubunu artıq bütün rəqiblərimiz yaxşı bilirlər. Ona görə də bizə ikiqat çətin olacağını bilirik.
 
- Komandanın hücum xəttindəki problemləri nə ilə izah edə bilərsiz?
- Hücumçu mütləq qol vurmalıdı. Müdafiəçilərin işi bu baxımdan asandı. Onlar sadəcə rəqib futbolçuya mane olmağa çalışırlar. Hücumçular isə topu qəbul etməli, nəsə yaratmağa çalışmalı, qapıya zərbə endirməlidi. Rauf Əliyevin bu baxımdan problemləri var idi. O, təkbaşına iki müdafiəçi ilə bacara bilməzdi. Belə olan halda yarımmüdafiə xətti hücumçunu topla təmin etməyi bacarmalıdı. Eyni zamanda cinah hücumçularının da dəstəyinə ehtiyac var. Yəni qol vurmamaq təkcə hücumçunun yox, bütün komandanın problemidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.