31 yanvar 2013 15:14
Millimiz almanlara divan tutdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın TSV "Presseck" klubu ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Fəhmin Muradbəyli, Hümbət Cəfərov və Seyran Məmmədov vurub.
