31 yanvar 2013 15:33
Neftçidə Nikolas Kanales şoku
Azərbaycan çempionu Türkiyə toplanışı çərçivəsində ötən gün keçirdiyi Rumıniyanın “Timisioara” klubu ilə oyunda təkcə məğlubiyyətə üzülməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubu həm də aparıcı futbolçularından birini itirib.
Belə ki, komandanın “vuran ayağ”ı – çilili hücumçu Nikolas Kanales zədələnib. Hələlik onun konkret neçə gün yaşıl meydanlardan kənar qalacağı bilinmir. Hər şeyə ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
