31 yanvar 2013 15:42
Bernard Lippert: Püşkatma bizim üçün daha pis alına bilərdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2015-in seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, İsrail, Portuqaliya, Norveç və Makedoniya ilə eyni qrupa düşməyimizlə bağlı bunları dilə gətirib:
“Nəzərə alsaq ki, Azərbaycan yığması sonuncu səbətdə yer almışdı, biz püşkün nəticəsindən narazı qala bilmərik. Məsələn, İsrailin əvəzində Almaniya, İtaliya və ya İspaniya ilə də düşə bilərdik. Amma rəqiblərimiz arasında Norveç kimi çox güclü komanda da var. Portuqaliya Portuqaliyadı, burda əlavə sözə ehtiyac da yoxdu. Makedoniya ilə oyunlarda isə maksimum nəticəyə ümid etmək olar. Başqa sözlə, püşkatma bizim üçün pis də nəticələnə bilərdi”.