31 yanvar 2013 15:57
Yığmamızın oyunlarının təqvimi müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2015-in seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız seçmə mərhələ oyunlarına Makedoniyaya qarşı keçirəcəyi səfər oyunu ilə start verəcək.
Son oyun isə 2014-cü ilin sentyabr ayında Portuqaliya ilə səfərdə baş tutacaq.
Bütün oyunlarımızın təqvimi belədi:
2013, 8 iyun: Makedoniya – Azərbaycan
2013, 7 sentyabr: İsrail – Azərbaycan
2013, 10 oktyabr: Norveç – Azərbaycan
2013, 15 oktyabr: Azərbaycan – Portuqaliya
2013, 15 noyabr: Azərbaycan – Makedoniya
2014, 6 mart: Azərbaycan – Norveç
2014, 3 sentyabr: Azərbaycan – İsrail
2014, 8 sentyabr: Portuqaliya - Azərbaycan
