31 yanvar 2013 16:44
Yığmamızın ardıcıl üçüncü heç-heçəsi
Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Rusiyanın "Norilski Nikel" klubu ilə qarşılaşıb.
Oyun 4:4 hesabı ilə başa çatıb. Rusiya təmsilçisinin qapısından 2 topu Amadeu keçirib. Hərəyə 1 dəfə isə Vitali Borisov və Namiq Məmmədkərimov fərqlənib.
Xatırladaq ki, millimiz bu toplanış ərzində yanvarın 28-də və 29-da Rusiyanın U-21 yığma komandası ilə qarşılaşmış və hər iki oyun heç-heçə yekunlaşmışdı - müvafiq olaraq 4:4 və 2:2.
