1 fevral 2013 17:14
“Bu reklam Azərbaycanın gücündən və inkişafından xəbər verir”
Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov Madrid səfəri çərçivəsində azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” ilə Madrid “Atletico”su arasındakı əməkdaşlıq haqda fikirlərinizi bilmək istərdik...
- On il öncə Avropada Azərbaycan futbolu haqda çox az adam bilirdi. Amma indi bizi bütün dünya tanıyır. Bu, Azərbaycanı xaricdə reklam etmək üçün çox uğurlu razılaşmadı. “Atletico”nun bütün dünyada çoxlu azarkeşləri var. Onların oyunlarına milyonlarla insan baxır. Hesab edirəm ki, bu reklam Azərbaycanın gücündən və inkişafından xəbər verir.
- Sizi də artıq “Atletico”nun azarkeşi saymaq olar?
- Bəli. Ümid edirəm ki, onlar İspaniya Kral Kubokunun finalına vəsiqə qazana biləcəklər. Amma bunun üçün Sevilyada uğurlu çıxış etmək lazım gələcək.
- Bəli. Ümid edirəm ki, onlar İspaniya Kral Kubokunun finalına vəsiqə qazana biləcəklər. Amma bunun üçün Sevilyada uğurlu çıxış etmək lazım gələcək.
- Bakının 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına hazırlığı ilə bağlı nəsə yenilik var?
- Hazırda proqramda 12 idman növünün yer alması ilə bağlı danışıqlar gedir. Amma bunların sayı 21 və ya 31 də ola bilər. Biz isə 17-18 idman növünün olmasını istəyirik. Proqrama şahmat və karatenin də salınmasını təklif etmişik. Hazırda Beynəlxalq Yüngül Atletika Federasiyası ilə danışıqlarımız davam edir.
- Avropa Oyunlarının keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin ilk iclası nə vaxt baş tutacaq?
- Bu günlərdə ilk iclasımız olmalıdı. Orda ölkə başçısı İlham Əliyevin də iştirakı gözlənilir. Biz hazırda görüləsi işləri müzakirə edəcəyik.
- Bu günlərdə ilk iclasımız olmalıdı. Orda ölkə başçısı İlham Əliyevin də iştirakı gözlənilir. Biz hazırda görüləsi işləri müzakirə edəcəyik.
- Olimpiadadan sonra avarçəkmə və ağır atletika yığmalarımızda edilən dəyişikliklər nə ilə bağlı idi?
- Adətən, olimpiadadan sonra yığma komandalarda belə dəyişikliklər çox olur. Əgər nəticə yoxdusa, dəyişiklik istər-istəməz olmalıdı. Yəqin ki, bu federasiyalar da növbəti Olimpiadaya hazırlıqlara məhz bu dəyişikliklərlə başlamağa qərar veriblər.
