1 fevral 2013 17:26
Land of Fire Azərbaycan Çempionlar Liqasında!
Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində yerli “Atletico” və Azərbaycanın “Bakı” klubları arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, müqaviləni “Atletico”nun prezidenti Enrike Serezo və “Bakı”nın Madriddəki nümayəndəsi Sənan Məmmədov imzalayıblar.
Müqaviləyə əsasən, “Atletico” 2014-cü ilin sonuna qədər oyunlara üzərində “Land of Fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq.
Müqaviləyə əsasən, "Atletico" təkcə İspaniya çempionatında yox, bundan sonra hazırda mübarizə apardığı Çempionlar Liqasının oyunlarında da bu formanı geyinəcək.
Təqdimat mərasimi zamanı “Bakı” klubu və Azərbaycan haqqında xüsusi süjet nümayiş olunub.
