1 fevral 2013 18:34
İnter fransız hücumçudan imtina etdi
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" heyətinə yeni futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Seneqal əsilli fransız futbolçu Momar Ndiayeni sınaqdan keçirirdi.
O, Qazaxıstanın "Ordabası" komandasıyla baş tutan yoxlaam matçında da iştirak edib. Hətta bu görüşdə qol da vurmasına baxmayaraq, Ndiaye məşqçilər korpusunun xoşuna gəlməyib. Bu üzdən də o, geri qaytarılıb.
