2 fevral 2013 00:16
Kəpəz toplanış çərçivəsindəki son oyununa çıxır
Bu gün "Kəpəz" yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə klubunun rəqibi elita təmsilçisi Sumqayıtın eyniadlı klubudu.
Gənclik şəhərinin komandası ilə oyun saat 12:00-da başlayacaq. Görüş "Dalğa Arena"da reallaşacaq.
Qeyd edək ki, "Sumqayıt"la matç "Kəpəz"in təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyunu olacaq. Qarşılaşma ilə bağlı Mahmud Qurbanovun yetirmələri ötən gün bir dəfə məşq ediblər. Səhər saat 11:00-da başlayan və 1,5 saat davam edən məşqdən sonra isə baş məşqçi futbolçulara oyuna kimi istirahət etmək imkanı yaradıb.
Qeyd edək ki, qarşıdakı görüş baxışda olanlar üçün son sınaqdı. Məhz bundan sonra klubda saxlanılacaq yenilərin kimliyi məlum olacaq.
