2 fevral 2013 00:27
“Azərbaycan yığmasında yaxşı, sürətli futbolçular var”
Futbol üzrə Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Uşaqlar istirahətdən yenicə qayıdıblar. Ona görə də oyun təcrübəsi baxımından çatışmazlıqlar hiss olunur. Tezliklə Asiyada dünya çempionatının seçmə mərhələ oyunları start götürəcək. Sizdə isə seçmə mərhələ oyunları mart aynda baş tutacaq. Yaxşı oyun alındığını düşünürəm. Hazırlıq baxımından hər iki komanda üçün faydalı oyun oldu. Həm Özbəkistan, həm də Azərbaycan yığmasının qol vəziyyətləri oldu. Azərbaycan millisində yaxşı, sürətli futbolçuların olduğu görünürdü. Necə də olmasa, siz daha sürətli futbolun oynanıldığı Avropada çıxış edirsiz. Bizim üçün çox yaxşı hazırlıq oldu”.