2 fevral 2013 00:53
“Lixtenşteynlə oyunda qələbə qazanmaq istəyirik”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. Uşaqlar 90 dəqiqə vuruşdular. Qol vurmaq üçün şanslarımız da oldu. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Fikrimcə, meydanda bərabər səviyyəli oyun getdi. Növbəti oyunumuz Lixtenşteynə qarşı olacaq. Həmin oyunda qələbə qazanmaq istəyirik”.