1 fevral 2013 11:15
Yığmamız Türkiyədə daha bir qələbə qazandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Evrensekispor" klubu ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb.
Qolları Umar Akmurzayev, Elnur Cəfərov və Mahir Mədətov vurub.
