1 fevral 2013 11:36

“Bakı Avropaya pəncərə açır”

Xəbər verdiyimiz kimi 31 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimov və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov "Atletiko" Madrid klubunun rəhbərliyi ilə görüşüblər. Azerisport.az xəbər verir ki, “Visente Kalderon” stadionunda klub rəhbərliyi və futbolçularla bir araya gələn rəsmi qonaqlar bir çox maraqlı mövzular ətrafında müzakirələr aparıblar.
 
İdman və Gənclər naziri Azad Rəhimov "Bakı" futbol klubunun rəsmi internet saytına verdiyi açıqlamada səfərin önəmini artıran məqamlara toxunub:
 
"Burada gördüklərim məni çox sevindirdi. "Bakı"nın Avropa futbol reytinqində 7-ci pillə tutan bir klubla əməkdaşlıq etməsi olduqca böyük hadisədi. Bu, bütün ölkə idmanı adına fərəh qazandıran bir addımdır. Bu addımla "Bakı" Avropaya yeni pəncərə açır".
 
Bu əməkdaşlığın ölkəmizin İspaniyada daha çox tanınıb, sevilməsinə səbəb olacağını bildirən nazir, iki klubun dostluğunun idman nəticələri ilə bərabər mədəni və humanitar önəm daşıdığını da sözlərinə əlavə edib:
 
"Şübhə yoxdur ki, İspaniyanın aparıcı klublarından biri ilə əməkdaşlıq etmək idman nəticələri baxımından inkişafa səbəb olacaq. Ancaq Azərbaycanın qazancı tək bu olmayacaq. Bu əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə, xalqlarımızin daha da yaxınlaşmasına və, əlbəttə ki, Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri ilə möhkəm əlaqələr qurmasına xidmət edəcək.
 
Klub prezidenti Hafiz Məmmədov mənə əməkdaşlığın müddəaları barədə ətraflı məlumat verib. Orada bir çox sevindirici məqamlar var. İlk növbədə futbolumuzu keyfiyyətli bir səviyyəyə qaldırmaq nəzərdə tutulur. Azərbaycanlı uşaqların burada uzunmüddətli təlim alması onların Avropa səviyyəli futbolçu kimi yetişməsini təmin edəcək.
 
İnanıram ki, bir neçə ildən sonra Avropa klublarında azəri soyadlarına rast gələn zaman kimsə təəccüblənməyəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.