1 fevral 2013 11:57

“Gücümüzə görə nəticə qazanmağa çalışacağıq”

Təlim-məşq toplanışını davam etdirən "Kəpəz"in heyətində təcrübəli futbolçularla yanaşı, gənclər də əzmlə çalışıb, məşqçilər korpusunun rəğbətini qazanmağa səy göstərir. Azerisport.az xəbər verir ki, onlar arasında Məhərrəm Hüseynovun da adını çəkmək olar.
 
Ötən yay əvəzedicilərin heyətindən əsas komandaya dəvət olunan Hüseynov çempionat oyunlarında əsas heyətin üzvlərindən olub. Yarımmüdafiəçi klub saytına açıqlamasında komandanın hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb: "Məşqlərimizi davam etdiririk. Hazırlıq prosesində məşqçilərin göstərişinə uyğun çalışırıq. Məşqlər ağır olsa da, verilən tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edirik. Hər şey yaxşıdı, yavaş-yavaş irəliləyiş hiss olunur. Yoxlama oyunlarında özümüzü göstərib, baş məşqçimizin etimadını doğrultmağa səy göstəririk".
 
Hüseynov çempionatın qarşıdakı hissəsi haqda da danışıb. O, komandanın qeyri-qənaətbəxş çıxışına son qoyacağına inamını ifadə edib: "Bizi çox çətin oyunlar gözləyir. Durumumuz hamıya məlumdu. Əlimizdən gələni edib, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq. Nə bacarırıqsa, onu edəcəyik. Gücümüzə görə nəticə qazanmağa çalışacağıq".
 
Futbolçu "Kəpəz"də gənclərə göstərilən etimaddan bəhs edərək, bunu özü və həmyaşıdları üçün böyük şans hesab etdiyini bildirib: "Bildiyiniz kimi, komandada gənc futbolçular çoxdu. Baş məşqçimiz Mahmud Qurbanov da cavanlarla işləməyə üstünlük verir. Bu, bizlər üçün əla imkandı və bundan istifadə etməliyik. Klub rəhbərliyinin və məşqçilərimizin ümidlərini doğrultmağa çalışırıq. Mahmud müəllim gənclərdən şikayət edəndə onun narazılığını öz ünvanıma da qəbul edirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.