2 fevral 2013 00:42
Foqts: Bəzi futbolçuların hazırlığı hələlik lazımi səviyyədə deyil
Futbol üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında Dubay şəhərində keçirilmiş yoxlama oyunundan sonra komandamızın baş məşqçisi Berti Foqts fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Komandanın oyunundan razı qaldım. Rəqib daha hazırlıqlı idi. Bəzi səhvlərə baxmayaraq, komanda pis təsir bağışlamadı. Bəzi futbolçularımızın hazırlığı hələlik lazımi səviyyədə deyil. Heyətdə bəzi yeniliklər etdim. Oyun gənc futbolçuların təcrübə qazanması baxımından faydalı oldu”.
