1 fevral 2013 12:32
Simurq Türkiyəni qələbəsiz tərk edir (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Antalyada qış təlim-məşq toplanışını başa vuran “Simurq” ötən gün qardaş ölkədə son yoxlama görüşünə çıxıb. Zaqatala təmsilçisinin rəqibi Rumıniyanın "Petrolul" kollektivi olub.
İlk hissənin əvvəli hər iki komandanın mərkəzi ələ keçirmək uğrunda mübarizəsi ilə başlayıb. Ancaq qarşılaşmada ilk təhlükəli vəziyyəti "Petrolul" yaradıb. Matçın 29-cu dəqiqəsində Laurentiu Marinesku komandasını hesabda önə çıxardıb. Bu qoldan sonra sanki yuxudan ayılmış "Simurq" irəli atılıb və hesabı bərabərləşdirmək üçün arxa-arxa hücumlar təşkil edib. Bunun da məntiqli nəticəsi kimi 39-cu dəqiqədə Mario Bojiç gözəl zərbə ilə oyunda status-kvonu bərpa edib. Fasiləyə komandalar bu hesabla yollanıblar.
İkinci hissə isə demək olar ki, meydanın mərkəzində gedib. Ara-sıra hər iki komanda uzun ötürmələrlə hücumçuları qapıçılarla təkbətək çıxarmaq istəsə də, bu niyyətləri baş tutmurdu. 79-cu dəqiqədə “Simurq”un qapısı ağzında qarışıqlıq yarandı. Bu zaman top cərimə meydançasında futbolçulardan birinin əlinə dəydiyindən qarşılaşmanın türkiyəli referisi 11 metrlik cərimə nöqtəsini göstərdi. Marian Kristesku bu şansı əldən vermədi və rumınlar yenidən hesabda önə keçdi.
Bundan sonra futbolçular yenidən bərabərlik qolunu vurmaq üçün çəhdlər etsə də, bütün istəkləri boşa çıxdı. Nəticədə "Simurq" Antalyada keçirdiyi beşinci yoxlama görüşündə 1:2 hesabı ilə məğlub oldu.
Qollar: L. Marinesku, 29", M. Kristesku 73", (pen.)/ Mario Bojiç, 38".
“Simurq”un heyəti:1. Dmitri Kramarenko, (David Petrkeviç, 46); 4. Dilaver Zrnanoviç (17. Rüstəm Məmmədov, 82), 6. Anderson Olivera, 7. Ruslan Poladov, 13 Aleksandr Şemonayev; 9. Marçin Burhard (18. Kiso Nenad, 46); 15 Stepan Polyak (27. Bəxtiyar Soltanov, 69); 21. Murad Səttarlı (19 Nicat Qurbanov, 74); 25. Mario Bojiç; 10 Zdravko Popoviç (20 Rəşad Eyyubov, 69); 5. Tomislav Buşiç (8. Qərib İbrahimov, 60)
