1 fevral 2013 12:55

Aleksandr Çertoqanov: Mən Messi və ya Ronaldo deyiləm

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi
 
- Sizinlə yanaşı Azərbaycan yığmasının daha bir neçə üzvü Dubaya aparılmayıb. Bunu necə qarşıladınız?
- Sakit. Bu, ilk dəfə deyil. Berti Foqts ehtiyat qüvvəni yoxlamağa qərar verib. Mümkündü ki, bundan sonrakı rəsmi oyunlarda yığmanın heyətində yeni futbolçular peyda olsun.

- Qarşıda yığmanın Özbəkistan və Lixtenşteynlə sınaq matçları gözləyir. Sizə elə gəlirmi ki, komandamız reytinq vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu görüşlərdə mütləq qələbə qazanmalıdı. Xüsusilə də, Lixtenşteynlə görüşdə...
- Lixtenşteynlə oyunda kimlər meydana çıxacaqsa, onlar rəqib üzərində qələbə qazanmağa çalışmalıdılar. Onları da milliyə məhz buna görə çağırıblar. Amma mən belə düşünürəm ki, reytinqi seçmə mərhələ oyunlarında qələbə qazanmaqla yaxşılaşdırmalıyıq. Əminəm ki, növbəti rəsmi oyunlarımızda daha çox xal toplayacağıq.
 
- FİFA reytinqini izləyirsiz?
- Yığmanın üzvü kimi, təbii ki, bununla mən də maraqlanıram. İnanın ki, komandamın 118-ci yerdə olması mənə də xoş deyil.
 
- Sizcə, bu, bizim real mövqeyimizdi, yoxsa Azərbaycan millisinin potensialı daha yaxşı pillədə olmağı zəruri edir?
- Fikrimcə, Azərbaycan ən azı ilk yüzlükdə olmalıdı. Potensial başqa məsələdi. Əsas oyunlarda qələbə qazanmaq lazımdı.
 
- Artıq 33 yaşınız var. Yığma karyeranızı başa vurduqdan sonra öz mövqeyinizdə kimin oynamasını mümkün sayırsız?
- Belə oyunçular artıq var. Rahid Əmirquliyev pis oynamır. Rasim Ramaldanovu da həmin mövqedə oynadırlar. Onlar layiqli oyun sərgiləyə bilərlər. Ola bilsin ki, mən olmayanda FİFA reytinqindəki vəziyyətimiz də yaxşılaşar (gülür). Mən Messi və ya Ronaldo deyiləm. Məni əvəzləyəcək futbolçular var.
 
- Qarşıda bizi Lüksemburqla iki oyun, eləcə də Şimali İrlandiya ilə ev matçı gözləyir...
- Meydana çıxıb bu komandaları məğlub etmək lazımdı. Öz meydanımızda Rusiyaya da qarşı yaxşı oynamaq olar. Əlbəttə, bu tsikldə əvvəlkilərlə müqayisədə daha çox xal toplamaq istəyirik. Bunun sayəsində mümkündü ki, ilin sonunda ilk yüzlüyə də düşdük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.