1 fevral 2013 17:05
AZAL son oyununda da 4 qol vurdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün sonuncu - beşinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” Makedoniyanın "Teteks" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma yenə paytaxt klubunun 4:0 hesablı qələbəsiylə başa çatıb.
Xatırladaq ki, Vaqif Sadıqovun yetirmələri Antalyadakı ilk matçında Ukraynanın “Volın” klubuna 1:3 hesabıyla uduzmuşdular. Çinin “Dalyan” klubu ilə qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bolqarıstanın “Etır” klubu ilə qarşılaşma isə hesab 1:0 “təyyarəçilər”in xeyrinə olarkən yarıda dayandırılmışdı. Paytaxt təmsilçisi Finlandiyanın "Zenith Myllypuro" klubunu isə 4:0 hesabıyla darmadağın etmişdi.
Yoxlama oyunu
1 fevral
AZAL- Teteks - 4:0 (1:0)
Qol: Benuahi, 39; 61, Novruzov, 69, Həsənov, 89.
AZAL-ın start heyəti: Məcidov, Aylton, Arsenyeviç, Nduka, Fransisko, Tağızadə, Benuahi, Nildo, Səfiyaroğlu, İbekoyi, Boqdanoviç.
