1 fevral 2013 13:47
Arif İsayevin Cavid Hüseynova qarşı oynamaq istəyi baş tutmayacaq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Türkiyənin PTT Birinci Liqasında çıxış edən komandasına – “Denizlispor”a növbəti oyunda kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna onun zədələnməsi səbəb olub.
Qeyd edək ki, 20-ci turda “Denizlispor”u “Adana Demirspor”la oyun gözləyir. Hansı ki, Adana klubunun heyətində digər həmyerlimiz Cavid Hüseynov da çıxış edir. Amma məhz zədə səbəbindən İsayev Hüseynova qarşı forma geyə bilməyəcək.
“Denizlispor”dakı digər həmyerlimiz Rail Məlikov isə yenə də əsas heyətdə meydana çıxa bilər. Sözügedən görüş sabah baş tutacaq.
