1 fevral 2013 13:53
“Onların çempionat oyunlarına kimi istənilən səviyəyə çatacağına inanıram”
"Oyunçular gündə iki dəfə məşq etməyimizə və bu səbəbdən yorğunluğa baxmayaraq, hazırlığa istəklə çıxırlar. Öz üzərlərində çalışırlar. Düzdü, bəziləri hələ tam forma yığmayıb. Amma hələ vaxtımız var və bunun üstündə işləyirik. Onların çempionat oyunlarına kimi istənilən səviyəyə çatacağına inanıram".
Bu fikirlər "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanova məxsusdu. Baş məşqçi hazırlıqda futbolçuların həvəslə çalışdığını bildirməklə, məşqlərin hansı yöndə getdiyi haqda da məlumat verib:
"Əvvəlki məşqlərdə əsasən fiziki hazırlığa önəm vermişdik. İndi isə topla çox işləyirik. Hazırlıq prosesində taktiki-texniki çalışmalara yer ayırmışıq. Bu istiqamətdə məşqlərimiz davam edir".
