1 fevral 2013 14:15
İnter Qarabağla qarşılaşacaq
"Şəfa" stadionunda təlim-məşq toplanışını davam etdirən "İnter"in əvəzedici heyəti sabah sonuncu yoxlama matçına çıxacaq. Azerisport.az xəbər verir ki, bu oyunda “bankirlər” Ağdamın "Qarabağ" klubunun əvəzedici heyəti ilə üz-üzə gələcəklər.
Qarşılaşma saat 12:00-də başlayacaq. "İnter" - "Qarabağ" matçı "Şəfa" stadionunda keçiriləcək.
Xatırladaq ki, toplanış çərçivəsində keçirilən ilk görüşündə "İnter" "Neftçi"nin U-17 komandası ilə 1:1 hesablı heç-heçə edib. İkinci oyunda "Rəvan"ın əvəzedici heyətinə 1:2 hesabı ilə məğlub olan komanda "Kəpəz"lə qarşılaşmada da 2:2 hesablı heç-heçəyə razılaşmışdı.
