2 fevral 2013 01:17

Arda Turan: Azərbaycan Türkiyəni mən həmin oyunda olmadığıma görə məğlub etmişdi

Futbol üzrə Türkiyə yığmasının və İspaniyanın “Atletico” klubunun yarımmüdafiəçisi Arda Turan azerisport.az saytına müsahibəsində şərəfini qoruduğu klubun Azərbaycanın “Bakı” klubu ilə əməkdaşlığından danışıb, eləcə də iki qardaş ölkə yığmaları arasındakı oyunları xatırlayıb.
 
- “Bakı”nın prezidenti Hafiz Məmmədov “Atletico”nun futbolçuları ilə görüş zamanı sizə daha çox diqqət ayırdı. Bunu gözləyirdiniz?
- Hafiz bəy çox gözəl insandı. Onun mənə bu qədər maraq və diqqət göstərməsi mənim üçün sözlə dilə gətirilə bilməyəcək qədər xoşdu. O, bizim “Sevilla” ilə kubok oyunumuzu da canlı izləyirdi və bilirəm ki, bizə azarkeşlik edirdi.
 
- Mümkündü ki, “Atletico” ilə “Bakı” arasında yaranan əməkdaşlıq sayəsində “Atletico”nun Azərbaycandakı azarkeşlərinin sayı artsın...
- “Atletico”nun belə bir sponsor tapması bizi çox sevindirir. Xüsusilə də məni. Çünki Azərbaycanla Türkiyə qardaş ölkələrdi. Mən özüm Bakıda olmuşam. Azərbaycan futbolu barədə də xeyli məlumatım var. Çünki Azərbaycan və Tütkiyə yığmaları AÇ-2012-nin seçmə mərhələsində bir-birinə qarşı mübarizə aparırdı. İstanbuldakı oyunda 1:0 hesabıyla qalib gəldik.
 
- Amma Bakıda da Azərbaycan qələbə qazandı...
- Hə, elə eyni hesabla da uduzduq. Bu, ona görə idi ki, mən oynamırdım. (gülür)
 
- Komandanızın Azərbaycan paytaxtında “Bakı” ilə yoldaşlıq oyununa gəlməsi gözlənilir...
- “Atletico” ilin sonunda Azərbaycana gələcək. “Bakı”ya qarşı oynamaq mənim üçün maraqlı olacaq. Təəssüf ki, bu komanda haqda o qədər də geniş məlumatım yoxdu. Ancaq onu bilirəm ki, orda Türkiyədə məşhur olan futbolçular, məşqçilər də çalışıblar.
 
- Kimləri nəzərdə tutursuz?
- Məsələn, Jaba. Onu Türkiyədə çox yaxşı tanıyırlar. Madriddəki sərgidə “Bakı” haqda videosüjet göstəriləndə də Jabanın oyununu izlədim. Bu komandada da az qol vurmayıb. “Bakı”da Bülent Korkmazın işlədiyini də bilirəm. Bir müddət öncə onunla görüşüm olmuşdu. Azərbaycan haqda xeyli xoş sözlər işlətdi.
 
- Əmrə Belözoğlu “Atletico”dan niyə ayrıldı?
- Onun necə uyğun olduğunu yəqin ki, ancaq özü bilir. Ona görə də, Əmrənin qərarını şərh etmək istəməzdim.
 
- Gələcəkdə sizin də “Fenerbahçe” klubuna keçidiniz mümkündü?
- Bu barədə heç düşünmürəm də. Madriddə məni hər şey qane edir. Burda məni sevirlər. Mən də komandamı sevirəm. “Atletico”da mümkün qədər çox çıxış etmək və burda uğurlar qazanmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.