1 fevral 2013 14:38
Bakı 2 oyunçu ilə müqavilə bağladı
“Bakı” iki yeni futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bunlardan biri Rumıniyanın “Otelul” klubundan gələn Marius Penadı.
Digər futbolçu isə hollandiyalı Ferdi Elmasdı. Onun son iş yeri isə Türkiyənin "Karşıyaka" klubu olub.
Hər iki futbolçu artıq tibbi müayinədən keçib. Məhz bundan sonra onlarla rəsmi müqavilə bağlanılıb.
İspaniyalı Mario Martinesin də tezliklə “Bakı” ilə müqavilə imzalaması gözlənilir. Lakin bu məsələ hələ tam həllini tapmayıb.
