2 fevral 2013 01:44
Atletico və Bakı arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi (FOTOLAR)
Xəbər verdiyimiz kimi, ötən gün FİTUR-2013 sərgisinin keçirildiyi Feria de Madrid sərgi kompleksinin VİP zalında "Bakı" futbol klubu və "Atletico" Madrid klubları arasında rəsmi imza və təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, toplanatıya “Atletico" klubunun rəhbərliyi, "Bakı"nın prezidenti Hafiz Məmmədov, icraşı direktor Yaşar Seyidov, media və marketinq departamentinin direktoru Nəriman Mehdiyev, Azərbaycanın İspaniyadakı səfirliyinin nümayəndələri, Azərbaycan respublikası Mədəniyyət və Turizm nazirliyinin təmsilçiləri, çoxsaylı media nümayəndələri və rəsmi qonaqlar qatılıblar.
Tədbirdə giriş sözü ilə çıxış edən “Atletico"nun prezidenti Enrike Sorezo ümumilikdə Azərbaycan Respublikası, xüsusən də, "Bakı" futbol klubu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, bu müqavilənin iki ölkə xalqları arasında möhkəm dostluq bağlarının yaranması və inkişafı baxımından önəmli olduğunu bildirib.
Cavab sözü ilə çıxış edən "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov dünyanın aparıcı klublarından biri olan "Atletico" ilə əməkdaşlığın istənilən qurum üçün fəxarət mənbəyi olduğunu vurğulayaraq, bu müqavilənin tək idman deyil, mədəniyyət və turizm sahəsində də faydalı olacağını ifadə edib.
2013-2014-cü illər ərzində təlim, təhsil, təcrübə mübadiləsi və s. sahələrdə geniş əməkdaşlığı nəzərdə tutan müqaviləni İspaniya tərəfdən “Atletico”nun prezidenti Enrike Sorezo, "Bakı" tərəfindən isə iki klub arasında aməkdaşlığın koordinasiya mərkəzinin rəhbəri Sənan Məmmədov imzalayıblar.
Tədbirdə iştirak edən “Atletico"nun üzvləri üzrəində “Land of fire Azerbaijan” yazılımış futbol geyimlərini imzalayaraq, xatirə şəkli çəkdiriblər.
