1 fevral 2013 15:04

“Altıncı yer Xəzər Lənkəran üçün deyil”

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytının suallarını cavablandırıb.
 
- Moldovanın “Zimbru” klubu üzərində qazandığınız qələbə (2:1) haqda nə deyə bilərsiz?
- Bizim üçün bu oyunda qələbə qazanmaq çox vacib idi. Çünki əvvəlki oyunlarımızda məğlub olmuşduq. Nəticə həmişə önəmlidi. Hətta belə oyunlarda da.
 
- Bəs əvvəlki məğlubiyyətlərə nə səbəb oldu?
- Biz həmin dövrdə fiziki hazırlıqlara daha çox diqqət ayırırdıq. Mümkündü ki, məhz bunun yorğunluğu çıxışımıza təsirsiz ötüşmürdü.
 
- Deməli, “Krivbass”dan altı qol buraxmağınızın da yeganə səbəbi bu idi?
- Onlardan beşini demək olar ki, özümüz heç nədən buraxdıq. Çox sadə qollar buraxırdıq. Ona görə belə böyük hesabla məğlub olduq.
 
- “Xəzər Lənkəran”ın hazırkı durumunu necə qiymətləndirirsiz?
- Qarşıda daha bir oyunumuz var. Oyun keyfiyyətlərimizi yaxşılaşdırmalıyıq. Qələbə də qazana bilərik, uduza da. Bundan ciddi heç nə yoxdu. “İnter”lə çempionat oyununda qələbə qazanmaq bizim üçün daha vacibdi.
 
- “Bankirlər”in baş məşqçisi Kaxaber Tsxadadze oyununuzu izləyirdi...
- Hə. O, bizim hər oyunumuza gəlir. Normal bir şeydi.
 
- Razısız ki, “Xəzər Lənkəran” indiki ilə müqayisədə daha da güclü ola bilərdi?
- Düzdü, iki il əvvəllə müqayisədə fərqlərin olduğunu görmək mümkündü. Amma mən komanda yoldaşlarıma inanıram. Biz ilk altılığa düşəcəyik və yüksək yerlər uğrunda mübarizə aparmağa davam edəcəyik.
 
- Amma hələ də buna nail ola bilməmisiz...
- Çox adi oyunlarda axmaq qollar buraxdıq, uduzduq. Buna görə də əsas rəqiblərimizdən bir qədər geri qalırıq. Klub yeni transferlər həyata keçirir. Ümid edirik ki, onların bizə faydası çox olacaq. Əgər qarşıdakı hər bir oyunumuzdan maksimum nəticə ilə ayrıla bilsək, turnir cədvəlində irəliləyə bilərik. Altıncı yer “Xəzər Lənkəran” üçün deyil. “Neftçi”, “Turan” və “Qarabağ”la oyunlarımız bizim üçün həlledici oldu. Halbuki, minimum 6-7 xal toplamaq olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.