1 fevral 2013 16:07
Qəbələnin futbolçusu Seneqal ilə oyuna çağırıldı
Futbol üzrə Qvineya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, qvineyalıların Seneqalla yoxlama matçı üçün açıqlanan siyahısında Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da var.
Bu, “Qəbələ”nin müdafiəçisi Umar Kalabandı. Onun da sözügedən görüşdə meydana çıxması istisna deyil.
Qeyd edək ki, Qvineyanın Seneqalla dueli fevralın 6-da baş tutacaq.
