2 fevral 2013 20:17
Rəvan Neftçiyə də qalib gəldi
"Rəvan”ın əvəzedicilərdən ibarət komandası bu gün çempionatın qalan hissəsinə hazırlıq məqsədilə son yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, komanda "Neftçi”nin əvəzedicilərini üstələyib.
Elşad Quliyevin yetirmələri gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Neftçi”ni 3:2 hesabı ilə məğlub edib. “Aslanlar”ın bütün qolarının müəllifi het-trikə imza atan Anar Hüseynov olub. Baş məşqçi oyundan sonra klubun rəsmi saytına açıqlamasında futbolçularının çıxışından razı qaldığını söyləyib:
"Yaxşı hazırlıq keçdik. Əsas məqsədimiz əsas komandaya layiqli futbolçu yetişdirməkdi. Heyətə 8 yeni futbolçu qatmışıq. Məncə, indi bir komanda kimi daha güclüyük. Çempionat oyunlarında da uğurlu çıxışımızı davam etdirmək istəyirik. Məqsəd ilk "6-lığ”a düşmək, sonrada imkan daxilində daha üst sıralara yüksəlməkdi”.
Qeyd edək ki, “Rəvan”ın əvəzediciləri fasilə dövründə 6 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yalnız əsas komandaya yenilən (0:3) əvəzedicilər "Qaradağ Lökbatan” (0:0) və MOİK (1:1) ilə heç-heçə edib, "İnter” (2:1), "Sumqayıt” (4:1) və "Neftçi”nin (3:2) əvəzedicilərinə isə qalib gəlib.
