2 fevral 2013 20:45
İsveçrə yığmasının sabiq qapıçısı rəsmən Neftçidə!
Futbol üzrə İsveçrə yığmasının sabiq qapıçısı Conni Leoninin karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, o, bu gün “Neftçi” ilə rəsmi müqavilə imzalayıb.
Tərəflər yarım illik anlaşma imzalayıblar. Lakin o, məşqçilər korpusunun etimadını doğrultsa, mövsümün sonunda “Neftçi” qapıçı ilə daha bir illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 1984-cü ildə anadan olmuş Leoni “Sion”un yetirməsidi. O, 2001-2003-cü illər aralığında bu komandada 30 oyuna çıxıb. Lakin qapıçının “Zürich” karyerası daha uğurlu olub. Leoni 2003-2012-ci illər aralığında bu komanda 158 oyun keçirib. 2012-ci ildə isə o, Kiprin “Omonia” klubuna keçib.
Leoni 2007-ci ildə İsveçrə yığmasında bir oyuna da çıxıb.
