3 fevral 2013 00:23

“Əsas odu ki, istəyimizi futbolçulara tam başa saldıq”

Topaz Premyer Liqasının 2013-cü ildəki bölümünə hazırlaşan "Rəvan”ın planlaşdırılan bütün yoldaşlıq matçlarını keçirdiyini və artıq fevralın 9-da "Turan”a qarşı evdə keçirəcəyi oyuna hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, komanda fasilə dövründə 4 yoxlama matçı keçirdi ki, bunlardan 3-də rəqibləri ilə 1:1 oynayan "aslanlar” yalnız əvəzedicilərinə dərs keçdi – 3:0.
 
Bəs görəsən baş məşqçi bu hazırlıq barədə nə düşünür? Ramil Əliyev klubun rəsmi saytına bu və başqa məsələlər haqda danışıb.
 
- Artıq 4 yoldaşlıq oyunu arxada qalıb. Amma siz yalnız əvəzediciləri uda bildiniz...
- Yoldaşlıq oyunlarında nəticə əsas olmur. 4 oyun keçirməyimizin də səbəbi var. İlk 2 matçı keçirməklə bir növ əsas heyəti müəyyənləşdirməyə çalışdıq. Sonrakı 2 oyun isə futbolçular arasındakı anlaşma səviyyəsini artırmaq üçün idi. Yəni nəticəni düşünmürdük. Özünüz də gördüz ki, oyunların hamısında heyəti praktiki olaraq tam dəyişirdim. İndi sınamasam, harda sınayacam?! I divizion komandaları da bizə qarşı çox aqressiv oynayır. Həm "Qaradağ Lökbatan”, həm də "Neftçala” ilə oyunlarda rəqib aqressivlik həddini aşırdı. Bir tərəfdən bunu normal hal kimi qiymətləndirirəm. Axı futbolçular məşqçinin gözünə girməyə çalışır. Premyer liqa təmsilçisiylə matçlarda isə onların mübarizliyi daha da artır. Təbii, qələbə qazanmaq istəyirdik, amma olmadı. Hər oyunda qələbəmizə müxtəlif səbəblər təsir etdi. Konkret son oyunumuzda hakimin gülməli penaltisini vurğulaya bilərəm. Hər belə mübarizəyə görə qayda pozuntusu qeydə alınsa, onda gərək hər dəqiqə fit səslənsin.
 
- Ümumilikdə toplanışı necə dəyərləndirirsiz?
- Fikrimcə, toplanış yaxşı keçdi. Əsas odu ki, istəyimizi futbolçulara tam başa saldıq. Ümidvaram ki, çempionatda bunun bəhrəsini görəcəyik.
 
- Komanda hal-hazırda çempionata neçə faiz hazırdı?
- Premyer Liqanın oyununa kimi hələ qarşıda 1 həftə də vaxtımız var. Matça qədər hardasa 70-80 faiz hazır olacağıq.
 
- Baş məşqçi kimi təxminən bir aydı fəaliyyət göstərirsiz. İşinizdən nə dərəcədə razısız?
- O qədər də razı deyiləm. Görüləsi işlər hələ çoxdur. Gəlin nəzərə alaq ki, futbolda 1 ay o qədər də böyük müddət deyil. Yavaş-yavaş öz istədiyimə nail olacam.
 
- Bu 1 ay ərzində oyun fəlsəfənizi futbolçulara tam aşılaya bilmisiz?
- Tam deməzdim. Ancaq 70-80 faiz anlayırlar ki, biz onlardan nə tələb edirik. Əsas məqsədimiz həm oyuna, həm də topa nəzarət etməkdi. Bu tam fərqli şeylərdi. Qol vurana kimi topun bizdə olmasına çalışırıq. İndi əsas məqsəd məhz budu. Texniki planda bəzi axsamalar var. Ancaq tədricən bunu da yoluna qoyacağıq. Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz.
 
- Yeni futbolçular hələ olacaq?
- Transfer fəaliyyətimiz hələ bitməyib. Bir neçə futbolçu da baxışa gələcək. Onlar həm yerlilərdən olacaq, həm də legioner. Bizə hələ 2-3 mövqeyə futbolçu lazımdı.
 
- Baxışda olan Kiril Sidorenkonun durumuna aydınlıq gəlib?
- Ona birinci hissə şans verdim. Amma ciddi heç nə ilə yadda qalmadı. Bu futbolçu legioner kimi bizə yaramadı. Bəyənilmədiyi üçün yola saldıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.