3 fevral 2013 00:45
Sumqayıt Kəpəzlə sınaq matçından qalib ayrıldı
Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandanın rəqibi “Kəpəz” klubu olub.
Maraqlı iman mübarizəsi şəraitində keçən görüş “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu Sabir Allahquliyev vurub. Hansı ki, bu futbolçu Sumqayıt klubuna məhz “Kəpəz”dən transfer olunmuşdu.
Qeyd edək ki, Bernard Raabın komandası bundan əvvəl əvəzedici komanda (2:0) və “Rəvan”la (1:1) yoxlama oyununda qüvvəsini sınamışdı.
