3 fevral 2013 00:39
Yığmamızın yarımmüdafiəçisi rəsmən Sumqayıtda (FOTO)
Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Sumqayıtın eyni adlı klubu Azərbaycan U-21 millisinin sabiq yarımmüdafiəçisi Mirzağa Hüseynpuru heyətinə qatıb.
1990-cı il təvəllüdlü futbolçu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mirzağa “Mitos”un heyətində 25 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. O, həmçinin vaxtilə Azərbaycanın U-17 və U-21 millilərinin şərəfini qoruyub.
