2 fevral 2013 11:12
“Bu klub mənim həyatımda çox şeyi dəyişib”
“Qəbələ”nin yarımmüdafiəçisi Dodo azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də gələcək karyerasından danışıb.
- Türkiyə toplanışı sona yaxınlaşır. Təəssüratlarınız?
- Hər şey yaxşı gedir. Yeni futbolçular komandaya uyğunlaşırlar. Onlar “Qəbələ”ni gücləndirdilər. Əminəm ki, bu hazırlıq bizim qarşıdakı uğurlarımızda xüsusi yer tutacaq.

- “Qəbələ” yoxlama oyunlarında pis nəticələr qazanmadı. Bu, sizin üçün çoxmu vacib idi?
- Əlbəttə. Bu qələbələr komandaya müsbət təsir göstərir. Xüsusilə də, Rumıniyanın “Steaua” üzərindəki qələbəni qeydə etmək istərdim. Bu nəticələr də göstərir ki, “Qəbələ” artırıb.

- Sizin komandadakı liderlik keyfiyyətləriniz ilk dövrədə çox hiss olunurdu. İkinci dövrədə də belə olacaq?
- Mən həmişə komandama kömək etmək istəmişəm. Buna nail olduqda, özümü çox xoşbəxt hiss edirəm. Düzdü, hazırlıqların bəzi bölümlərində iştirak edə bilmədim. Amma bütün bunlar artıq geridə qalıb. Forma toplayıram.

- “Qəbələ”ni qarşıdakı “Qarabağ”la oyuna hazır saymaq olar?
- Hələ ki, hər şey öz qaydasıyla gedir. Fiziki və psixoloji planda komanda özünü çox yaxşı hiss edir. İnanıram ki, bu oyunda da lazım olan nəticəni qazana biləcəyik. Bu bizi ilk altılığa bir qədər də yaxınlaşdırmış olacaq.

- Düşünmürsüz ki, artıq “Qəbələ” və Premyer Liqa səviyyəsindən öndəsiz və daha ciddi klublara keçmək vaxtıdı?
- Belə düşünməyiniz məni sevindirir. Amma mən oynadığım bütün klublarda çalışmışam ki, komandama faydalı olum. Başqa kluba keçəcəyim halda da, yenə öz işimi görəcəm. Əlbəttə, istərdim ki, daha güclü çempionatda çıxış edim. Bu, mənim arzumdu. Ümid edirəm ki, bunu reallaşdıra biləcəm.

- Deyilənə görə, sizin əlinizdə “Qəbələ”nin gerbi olan döymə var. Bu, düzdü?
- (Sol əlində həkk etdirdiyi döyməni göstərir) Sizi aldatmayıblar.

- Bu, silinəndi?
- Xeyr.
- Xeyr.
- Maraqlıdı, sizin komandaya bu cür sevginiz nədən irəli gəlir? Axı heç bu klubla bircə titul da qazana bilməmisiz...
- Bu klub mənim həyatımda çox şeyi dəyişib. “Qəbələ”yə gəlişimdən sonra işlərim çox yaxşı gedir. Ailəmə kömək edirəm, maşınım, evim var. Burda məni sevirlər. Mən də bütün bunların qarşılığında sevgimi belə nümayiş etdirirəm. Mən hətta meydanda səhvə yol verəndə də azarkeşlərin dəstəyini hiss edirəm. Bu, mənim üçün çox vacibdi.