3 fevral 2013 01:15
Falkao: Azərbaycan təkcə bizim futbol geyimlərimizdəki bir yazı deyil
İspaniyanın “Atletico” klubunun hücumçusu Radamel Falkao azerisport.az saytına müsahibəsində Madrid təmsilçisinin “Bakı” ilə əməkdaşlığından danışıb, eləcə də digər sualları cavablandırıb.
- “Atletico” və “Bakı” klubları arasında bağlanmış əməkdaşlıq müqaviləsi haqda nə deyə bilərsiz?
- Təqdimat mərasimi zamanı mən Azərbaycanla bağlı bir neçə kadr izlədim. Bu, ölkənizin nə qədər gözəl olduğunu təsəvvür etməyə imkan verdi. “Bakı”nın prezidenti Hafiz Məmmədovun dediyi sözlər də yadımda qaldı. Görünür ki, bu insan futbolu, xüsusilə “Atletico”nu çox sevir. “Bakı”dakı həmkarlarımızın bəxti çox gətirib ki, onların bu cür prezidenti var.

- Azərbaycan haqda hansısa informasiyanız var?
- Bilirəm ki, ölkənizdə idman sürətlə inkişaf edir. Azərbaycana çoxlu turistlər gəlir. Onların sayı ildən-ilə çoxalır. “Odlar yurdu” şüarı mənim çox xoşuma gəlir. Ora gələndə biz özümüz də bunu görə biləcəyik. Səhv etmirəmsə, klublarımız arasında yayda yoldaşlıq matçının keçirilməsi də planlaşdırılıb. Ümidvaram ki, əməkdaşlığımız uğurlu olacaq.

- “Atletico”nun İspaniya Kral Kubokunda finala çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Biz başa düşürük ki, Sevilyada işimiz çətin olacaq. Amma finala çıxmaq üçün gözəl şansımız var. Baxmayaraq ki, çoxları “Sevilla”nın şanslarının daha yüksək olduğunu fikirləşirlər. Şəxsən mən tənqidləri sevirəm və bunun əksini isbatlamağı da çox xoşlayıram.

- Ardıcıl iki mövsümdə Avropa Liqasının ən yaxşı bombardiri olmağınıza da məhz bu yardımçı oldu?
- Demək olar. Ümumiyyətlə, mən həmişə qarşıma maksimum hədəflər qoyuram. “Atletico” məhz həmin hədəflərimə çatmağa şərait yaradan bir klubdu. Sadəcə, bir şeyi anlamaq lazımdı ki, uğur qazanmaq üçün səbrli olmaq lazımdı. Sadəcə, futbolu sevmək azdı.

- Nəyi nəzərdə tutursuz?
- Hər bir uğuru qazanmaq həmin klubun özündən asılıdı. İspaniyaya baxın. “Barcelona” və “Real” dünyanın ən güclü klublarıdı. Kataloniyalılar Çempionlar Liqasında qələbə qazandılar, “Atletico” Avroliqanı qazandı. Bu turnirin finalına qədər digər İspaniya klubu “Athletic” də irəliləmişdi. İspaniya yığması da dünyanın ən güclü yığmasıdı.

- Azərbaycan çempionatında çoxlu legionerlər çıxış edirlər. Sizcə, bu, nə dərəcədə düzgün addımdı?
- Klublarınıza elə legionerlər lazımdı ki, yerli futbolçulara nəsə öyrədə bilsinlər. Sizin çempionatın oyunlarını izləməmişəm. Ona görə də, Azərbaycan çempionatının səviyyəsini müzakirə edə bilmərəm. Amma bir daha təkrar edirəm: dərhal nticə gözləməyin. Əgər hansısa klubda düzgün iş gedirsə, orda nəticə mütləq olmalıdı. Mən də öz növbəmdə sizin uğurlarınıza sevinəcəm. “Azərbaycan” təkcə bizim futbol geyimlərimizdəki bir yazı deyil, həm də “Atletico” üçün vacib tərəfdaşdı. Artıq bilirik ki, bizə daha çox insan azarkeşlik edir.