3 fevral 2013 01:20
Afrika Millətlər Kuboku: İlk yarımfinalçılar bəlli oldu
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə 1/4 final mərhələsi çərçivəsində iki oyun baş tutub.
Öncə Qana Kape Verde millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən 2 cavabsız qola sevinən Qala qalib ayrılıb və ilk yarımfinalçı olub.
Günün digər oyununda isə turnirin ev sahibi - Cənubi Afrika Respublikası Mali ilə qarşılaşıb. Bu görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti seriyasında isə Mali daha üstün olub və meydan sahiblərinə əsl şok yaşadaraq, növbəti mərhələyə çıxıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunlarında Fil Dişi Sahili Nigeriya, Burkina Faso da Toqo ilə münasibətlərinə aydınlıq gətirəcək.
Afrika Millətlər Kuboku
1/4 final
2 fevral
Qana - Kape Verde – 2:0
Qollar: Vakaso, 54-pen; 90.
CAR – Mali – 1:1 (penaltilərlə - 1:3)
Qollar: Rantie, 31 – Keyta, 58.
