2 fevral 2013 12:34
Elxan Məmmədov: Onların özlərini meydanda bu qədər sərbəst hiss etməsi sevindirir
AFFA-nın baş katibi Elxan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığmasının Özbəkistana qarşı keçirdiyi sınaq matçını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
“Bu görüşdə komandamızın heyətində əsasən gənc futbolçulara üstünlük verilmişdi. Onların özlərini meydanda bu qədər sərbəst hiss etməsi məni çox sevindirdi. Unutmaq lazım deyil ki, biz Asiyanın ən güclü komandalarından biri ilə qarşılaşırdıq. Təsadüfi deyil ki, onlar dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Bütövlükdə, yığmanın toplanışı plana uyğun olaraq, davam edir. Komanda gündə iki dəfə məşqə çıxır”.