2 fevral 2013 12:54
Atleticonun prezidenti Bakı ilə əməkdaşlıqdan danışdı
İspaniyanın “Atletico” klubunun prezidenti Enrike Sorezo “Bakı” ilə əməkdaşlığa başlamalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu hər iki klub və ölkə üçün böyük əməkdaşlıqdı. Bizim əməkdaşlığımız təkcə futbolda reklamdan ibarət deyil. Biz Azərbaycanla – sürətlə inkişaf etməkdə olan bir ölkə ilə daha yaxın əlaqələr qurmaq fikrindəyik. Şadam ki, “Atletico” “Bakı” və Azərbaycanla belə bir əməkdaşlıq yarada bildi. Razılığa əsasən, bəzi azərbaycanlı futbolçular bura gələcəklər, akademiyamızda məşq edəcəklər, futbolun sirrlərini öyrənəcəklər. “Bakı”ya bu etimadına görə təşəkkürümüzü bildiririk”.