2 fevral 2013 20:05
Neftçi Çin klubuna 4 qol vurduğu oyundan sülhlə ayrıldı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün altıncı yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” bu dəfə Çinin “Quandun” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmada 8 qol vurulub. Amma tərəflər qələbə qazana bilməyiblər. Onu da qeyd edək ki, klubların qarşılıqlı razılığına əsasən oyun üç hissədən ibarət olmaqla keçirilib.
Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub etmişdi. Qazaxıstanın “Aktobe” (3:2) və Makedoniyanın “Turnovo” (2:1) klubları ilə oyunlar da uğurlu alınmışdı. Rusiyanın “Amkar” (0:4), Rumıniyanın “Timisioara” (1:2) klubları ilə duellər isə məğlubiyyətlə başa çatmışdı.
Yoxlama oyunu
2 fevral
NEFTÇİ – QUANDUN - 4:4 (0:2)
Qollar: Flavinyo, 55, 86, A.Abdullayev, 75, 100.
