2 fevral 2013 18:55
Qarabağ Tiraspol üzərində qələbəni əldən verdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün altıncı yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlılar bu dəfə Moldova təmsilçisi “Tiraspol” ilə qarşılaşıblar.
Qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Xatırladaq ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Ukraynanın “Hoverla” klubu ilə görüşdə 1:2, Litva “Ekranas”ı ilə matçda isə 1:3 hesablı məğlubiyyət qeydə alınmışdı. Makedoniya təmsilçisi “Turnovo” ilə qarşılaşmada isə qapılara qol vurulmamışdı – 0:0. Gürcüstan “Zestafoni”si ilə görüşdə də 2:0 hesablı qələbə qeydə alınmışdı.
Yoxlama oyunu
2 fevral
QARABAĞ – TİRASPOL - 1:1 (1:0)
Qollar: Aqolli, 42 (1:0), Nikolae, 47 (1:1).
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Ansi Aqolli, Rəşad Sadıqov, Admir Teli, İlqar Qurbanov, Namiq Yusifov, Əfran İsmayılov, Muarem Muarem, Riçard Almeyda, Elnur Abdulov, Branimir Subaşiç.
Oyun başladı
4. “Qarabağ” ilk dəqiqələrdən topa nəzarəti ələ keçirib
5. Künc zərbəsindən sonra Branimir Subaşiçin zərbəsi qapıdan aralı keçir
13. Ansinin zərbəsini qapıçı tuta bilir
18. Uzaqdan təhükəli zərbəni Fərhad tuta bilir
19. Subaşiç bir müdafiəçini keçsə də, zərbəyə imkan vermirlər
22. Riçardın cərimə zərbəsi dəqiq olmur
26. Ansinin rəqib oyunçunu 2 hərəkətlə arxada qoyması azarkeşlr tərəfindən alqışla qarşılanır
29. Bu dəqiqələrdə “Qarabağ” açiq-aşkar rəqibi üstələməkdədi
31. Riçardın səhvi qapı qarşısında cərimə zərbəsi ilə nəticələnir
34. Əfranın zərbəsi qapıdan yan keçir
41. Subasiçin zərbəsini qapıçı çətinliklə dəf edə bilir
42. Ansi Aqolli sol ayaqla uzaq küncü dəqiq nişan alır – 1:0
44. Ansinin ötürməsini Subasiç baş zərbəsi ilə tamamlayır
44. Ansinin ötürməsini Subasiç baş zərbəsi ilə tamamlayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasiləfə Elnur Abdulovu Manuel Bleda əvəzləyir
47. Cərimə zərbəsindən sonra Nikolae hesabı bərabərləşdirir – 1:1
50. “Qarabağ” yenə ərazi üstünlüyünü ələ keçirib
54. Muaremin baş zərbəsi qapıdan aralı keçir
58. Subaşiçin yerinə Zaur Həşimov oyuna daxil olur
64. Oyunda temp artıb
67. Muaremin zərbəsi zəif alınır
72. Namiqin yerinə Təmkin Xəlilzadə oyuna daxil olur
77. “Qarabağ” 5 dəqiqə ərzində topu özündə saxlasa da, son zərbə olmur
78. Sadıqovun zərbəsi qapının üstünüdən keçir
80. Rəşadın cərimə zərbəsini qapıçı uzaqlaşdırır
82. Əfranın yerinə Eltun Yaqublu meydana daxil olur
85. Riçardın yerinə Toğru Bilallı oyuna daxil olur
Oyun başa çatdı
