2 fevral 2013 20:50
Xəzər Lənkəran bolqarlarla sülh bağladı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün beşinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” Bolqarıstanın “Etır” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma sülhə başa çatıb.
Xatırladaq ki, Karles Bakesin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Jetısu” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdılar. Ukrayna “Krivbass”ı ilə qarşılaşma 0:6, Rumıniyanın “Timisoara” klubu ilə duel 0:2 hesablı məğlubiyyətlərlə başa çatmışdı. Moldovanın “Zimbru” klubu ilə matç isə 2:1 hesablı qələbə ilə bitmişdi.
Yoxlama oyunu
2 fevral
XƏZƏR LƏNKƏRAN – ETIR - 1:1 (0:1)
Qol: Orsuliç, 48.
"Xəzər Lənkəran"ın start heyəti: Doblas, Vanderson, Allahverdiyev, Abdullayev, Alvaro, Skarlatake, Alviz, Pit, Pamuk, Cəfərov, Sialmas.
