2 fevral 2013 14:47
Qəbələ Türkiyədən sülhlə ayrıldı (VİDEO)
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" ötən gün qardaş ölkədəki toplanış çərçivəsində sonuncu - 6-cı yoxlama oyununa çıxdı. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası bu dəfə Moldovanın "Milsami" klubu ilə qarşılaşdı. Qarşılaşma 2:2 hesabilə yekunlaşdı. “Qırmızı-qaralar”ın heyətində Şəhriyar Xəlilov və Viktor Mendi fərqləndi. Bu matçla Antalya toplanışına yekun vuran "Qəbələ" bu gün səhər saatlarında vətənə qayıdıb.
