3 fevral 2013 02:08
Neftçi Çin klubuna dörd qol vurdu, qələbə qazana bilmədi (VİDEO)
Xəbər verdiyimiz kimi, "Neftçi" Antalya hazırlığı çərçivəsində son yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Çin Super Liqasında çıxış edən "Hançjou" ilə qarşılaşıb. Tam heyəti yoxlamaq məqsədilə əvvəlcədən matçın 3 hissə oynanılması razılaşdırılıb. 4:4 hesabı ilə bitmiş görüşdə Flavinyo və Araz Abdullayev hərəyə iki dəfə fərqləniblər.
