3 fevral 2013 02:28
“Hiss olunurdu ki, Neftçi fiziki cəhətdən daha hazırlıqlıdı”
"Neftçi" - "Hançjou" matçından sonra Çin klubunun baş məşqçisi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 2010-cu ildə keçirilmiş dünya çempionatında Yaponiya millisini 1/16 final mərhələsinə qədər daşımaqla tanınan Takeşi Okada qarşılaşma barədə bunları deyib:
"Bütün futbolçuları sınamaq üçün 3 hissəli matç oynadıq. Bu görüşdən əvvəl rəqib haqqında maraqlanmışdım və bilirdim ki, çempion olmaqla yanaşı, bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıblar. İlk hissədə komandamız pis təsir bağışlamadı. Amma getdikcə təşəbbüsü əldən verdik. Hiss olunurdu ki, rəqib fiziki cəhətdən daha hazırlıqlıdır. Bir sıra çatışmayan cəhətlərimizi gördük. Bunları aradan qaldırmağa çalışacağıq".
