3 fevral 2013 02:30
Turan birinci divizion klubu ilə qarşılaşacaq
Gəncəni birinci divizionda təmsil edən “Tərəqqi” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, Vasif Vəliyevin komandası Premyer Liqada çıxış edən “Turan”la üz-üzə gələcək.
Tərəflər arasında görüş Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
