2 fevral 2013 18:10

Rail meydandan qovuldu, komandası Cavidin klubuna məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Türkiyənin PTT Birinci Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, sözügedən çempionatda çıxış edən azərbaycanlı futbolçuların komandaları – “Adana Demirspor”la “Denizlispor” bu tur bir-biri ilə üz-üzə gəlib.

Qeyd edək ki, “Adana Dəmirspor”da Cavid Hüseynov, “Denizlispor”da isə Rail Məlikovla Arif İsayev çıxış edir. Lakin onların ifasında bu dəfə Türkiyədə Azərbaycan derbisini izləmək mümkün olmadı. Məsələ burasındadı ki, Cavid hazırda Dubayda təlim-məşq toplanışında olan yığmamızın düşərgəsindədi. Arif İsayev isə zədəli olduğuna görə komandasına kömək edə bilməyib. Ona görə də bu görüşdə yalnız Rail Məlikovun iştirakı mümkün olub.
 
Lakin Railin komandası bu görüşdən məğlub ayrılıb. Daha iki komanda yoldaşının meydandan qovulduğu görüşdə Məlikov da xoşagəlməz aqibətlə üzləşib. Belə ki, o, 85-ci dəqiqədə birbaşa qırmızı vərəqə almaqla komandasını daha da pis vəziyyətdə qoyub.

“Adana Demirspor” 20 oyundan sonra 33 xalla dördüncü, “Denizlispor” isə 24 xalla 12-ci pillədə qərarlaşıb.
 
Türkiyə PTT Birinci Liqası
20-ci tur
2 fevral
 
Adana Demirspor - Denizlispor - 2:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.