2 fevral 2013 16:35
İnter Qarabağı məğlub etdi
“İnter"in əvəzedici heyəti "Şəfa" stadionunda "Qarabağ"ın əvəzediciləri ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, yoxlama xarakteri daşıyan görüş maraqlı və gərgin mübarizə şəraitində keçib.
Qarşılaşma “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter"in heyətində Elvin İsmayılov və Qurbanəli Əliyev fərqləniblər.
Qeyd edək ki, bu görüş "İnter"in əvəzedici komandasının toplanış çərçivəsində keçirdiyi son oyun idi.
