3 fevral 2013 19:25
Rauf Əliyev: Milli komandada hər futbolçu oynamaq istəyir
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyev hazırlıqla bağlı fikirlərini bldirib. Azerisport.az xəbər verir ki, “Bakı”nın forvardı bunları dilə gətirib
“Yaxşı toplanış keçirik. Hər ilin əvvəlində milli komandanın Dubay toplanışı olur. Vacib təlim-məşq toplanışıdır. Gündə iki dəfə məşq edirik. Hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcəyik. Qarşıdakı oyunda qalib gəlsək, mart ayındakı seçmə görüşlərə daha yaxşı əhval-ruhiyyədə çıxarıq. Hər şey yüksək səviyyədədir. Milli komandanın heyətinə həmişə gənc futbolçular dəvət olunur. Onlar da çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Milli komandada hər futbolçu oynamaq istəyir”.
